APFM-də ICFM-IFRS modulu üzrə təlimi müvəffəqiyyətlə başa vurmuş APFM üzvlərinə beynəlxalq diplomların təqdimatı keçirildi.
Bu gün APFM-də ICFM-IFRS modulu üzrə təlimi müvəffəqiyyətlə başa vurmuş və imtahanlardan uğur qazanmış APFM üzvlərinə beynəlxalq diplomların təqdimatı keçirildi. Diplomlar peşəkar təlimçilərimiz- Rauf Rzayev və Zərqələm İsayeva tərəfindən təqdim olundu. APFM üzvləri təlimin yüksək səviyyədə təşkilini və təlimçilərin peşəkarlığını qeyd edərək APFM-ə təşəkkürlərini bildirdilər. Üzvlərimizin nailiyyətlərinə çox sevinirik, bir daha onları təbrik edirik və uğurlarının davamlı olmasını arzu edirik!