ICFM Institute of Certified Financial Managers (ICFM) dünyanın ən iri mühasibat təşkilatı olan ICB Global və Kommersiya İnstitutu (Institute of Commerce) tərəfindən yaradılmışdır. Britaniya Kral ailəsinin nümayəndəsi - Zati Aliləri Prins Maykl Kent - İCFM-in patronu elan edilmişdir. İCFM kvalifikasiyaları demək olar ki bütün inkişaf etmiş ölkələrdə təqdim olunur (95 ölkə) Baş ofis Londonda yerləşir.
İnstitutun mütəxəssisləri tərəfindən hazırlanmış proqramlar biznesdə təkcə bu günki deyil sabahın da yüksək standartlarına və tələblərinə cavab verir.
İCFM rəsmi olaraq Böyük Britaniyanın Xəzinədarlığı tərəfindən tanınır, Heraldiki Kral evinin qerbinin istifadəsinə rəsmi icazəsi var. İCFM-in sədrləri kiçik və orta biznes üçün Parlament Qrupunun müşaviridir.
İCFM proqramları Avropanın bir çox ölkələrində, Avstraliyada, Yeni Zelandiyada, Filippində rəsmi dövlət imtahanları siyahısına salınmışdır. Diplom almış mütəxəssislərin sayı hər il 3000 nəfərə çatır. İCFM-in kvalifikasiyaları milli dövlət qurumları tərəfindən tanınmaqda davam edir.
Azərbaycanda İCFM-in "Professional Maliyyə Meneceri" proqramı üzrə tədris və imtahanlar keçirilir. Proqram 3 modulu əhatə edir.