Tədris proqramları

Tədris proqramları

Peşəkar mühasib sertifikatı

 

Proqram faylı


Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 may 2019-cu il tarixli 204 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası"nın 2.2 bəndinin tələblərini yerinə yetirərək, Maliyyə Nazirliyinin 26 avqust 2019-cu il tarixli, q-01 saylı Qərarına əsasən APFM- Peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuşdur.

Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması QAYDALARI Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək.

İmtahanlar aşağıdakı sertifikat növlərinin verilməsi üçün 2 mərhələli imtahan vasitəsilə keçiriləcəkdir

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS


APFM tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS imtahanlarına hazırlıq üzrə təlimlər təşkil olunur. Təlimlər DİM tərəfindən təsdiq olunmuş proqram əsasında aparılır.


IPSAS üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatı

İmtahanın 1-ci mərhələsi –"Mühasibat uçotu"


İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları
Qanun və qaydalar
Müddəti: 5 ay (80 saat)

İmtahanın 2-ci mərhələsi- “Qanunvericilik”

Vergi qanunvericiliyi
Əmək qanunvericiliyi (əsas müddəalar)
Mülki qanunvericilik (əsas müddəalar)
Büdcə qanunvericiliyi (əsas müddəalar)
Digər normativ sənədlər
Müddəti: 4 ay (64 saat)


Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS

İmtahanın 1-ci mərhələsi –"Mühasibat uçotu"


Beynəlxalq Standartlar üzrə mühasibat uçotu (baza mərhələsi)
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
Qanun və qaydalar
Müddəti: 5 ay (80 saat)

İmtahanın 2-ci mərhələsi- “Qanunvericilik”

Vergi qanunvericiliyi
Əmək qanunvericiliyi (əsas müddəalar)
Mülki qanunvericilik (əsas müddəalar)
Digər normativ sənədlər
Qanunlar
Müddəti: 4 ay (64 saat)


Üstünlüklər
Peşəkar mühasib” sertifikasiya imtahanlarına hazırlığınızı təmin etməklə yanaşı, mühasibat və vergi qanunvericiliyi sahəsində lazımi bilik və bacarıqlara yiyələnirsiniz.
APFM-Peşəkar Mühasib Təşkilatına avtomatik üzv olaraq peşəkar üzvlük proqramına daxil olan imtiyazlardan 1 il ərzində faydalanırsınız.