Professional Maliyyə Meneceri Diplomu
Modul 2: Maliyyə Menecmenti - Financial Management and Financial Analysis Diploma
Bu proqramı təqdim edən Institute of Certified Financial Managers (ICFM)-www.icfmglobal.com dünyanın ən iri mühasibat təşkilatı olan ICB Global və Kommersiya İnstitutu (Institute of Commerce) tərəfindən yaradılmışdır. Britaniya Kral ailəsinin nümayəndəsi - Zati Aliləri Prins Maykl Kent – ICFM-in patronu elan edilmişdir. ICFM kvalifikasiyaları demək olar ki bütün inkişaf etmiş ölkələrdə təqdim olunur (95 ölkə) Baş ofis Londonda yerləşir.
İnstitutun mütəxəssisləri tərəfindən hazırlanmış proqramlar biznesdə təkcə bu günki deyil sabahın da yüksək standartlarına və tələblərinə cavab verir.
ICFM rəsmi olaraq Böyük Britaniyanın Xəzinədarlığı tərəfindən tanınır, Heraldiki Kral evinin qerbinin istifadəsinə rəsmi icazəsi var. ICFM-in sədrləri kiçik və orta biznes üçün Parlament Qrupunun müşaviridir.
ICFM proqramları Avropanın bir çox ölkələrində, Avstraliyada, Yeni Zelandiyada, Filippində rəsmi dövlət imtahanları siyahısına salınmışdır.
Diplom almış mütəxəssislərin sayı hər il 3000 nəfərə çatır
ICFM-in kvalifikasiyaları milli dövlət qurumları tərəfindən tanınmaqda davam edir.
Azərbaycanda ICFM-in "Professional Maliyyə Meneceri" proqramı üzrə tədris və imtahanlar keçirilir. Proqram 3 modulu əhatə edir:
Modul 1: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları- Diploma in International Financial Reporting Standards
Modul 2: Maliyyə Menecmenti- Financial Management and Financial Analysis Diploma
Modul 3: Daxili Audit- Professional Internal Auditor Diploma
Hər bir modulu bitirdikdən və imtahanı müvəffəqiyyətlə verdikdən sonra dinləyiciyə həmin modulun Diplomu, tam kursu bitirdikdən sonra isə Professional Maliyyə Meneceri Diplomu təqdim olunur
Tədris prosesi:
Müddəti: 3 ay (50 saat)
Yoxlama işlərinin yerinə yetirilməsi və 3 saat davam edən yazılı imtahan
Tədris və imtahan dili: Azərbaycan, rus
Modul üzrə diplom: Financial Management and Financial Analysis Diploma
Proqram
Bölmə 1 Təşkilatın mühasibat uçotu
• Maliyyə informasiyasının istifadə olunması
• Maliyyə və idarəetmə uçotu arasında əsas fərqlər
• Əsas mühasibat sənədləri
• Aktiv və passiv
Bölmə 2 Təşkilatın hesabatı və sərmayə dəyəri
• Təşkilatların klassifikasiyası
• Kapital hesabları
• Təşkilatın yekun hesabat formatı
• Kapitalın məsrəfi və Gəlir
• Maliyyə fəaliyyətinin monitorinqi
• Sərmayə dəyəri
Bölmə 3 Maliyyə planlaşması və nəzarət
• Maliyyə proqnozları
• Xərclərin təyinatı
• Birbaşa və dolayı xərclər
• Xərclərin hesablanması prosesi
• Büdcə nəzarəti