HR menecment- The Human Resource Management Diploma
Bu proqramı təqdim edən Institute of Certified Financial Managers (ICFM)-www.icfmglobal.com dünyanın ən iri mühasibat təşkilatı olan ICB Global və Kommersiya İnstitutu (Institute of Commerce) tərəfindən yaradılmışdır. Britaniya Kral ailəsinin nümayəndəsi - Zati Aliləri Prins Maykl Kent – ICFM-in patronu elan edilmişdir. ICFM kvalifikasiyaları demək olar ki bütün inkişaf etmiş ölkələrdə təqdim olunur (95 ölkə) Baş ofis Londonda yerləşir. İnstitutun mütəxəssisləri tərəfindən hazırlanmış proqramlar biznesdə təkcə bu günki deyil sabahın da yüksək standartlarına və tələblərinə cavab verir.
ICFM rəsmi olaraq Böyük Britaniyanın Xəzinədarlığı tərəfindən tanınır, Heraldiki Kral evinin qerbinin istifadəsinə rəsmi icazəsi var. ICFM-in sədrləri kiçik və orta biznes üçün Parlament Qrupunun müşaviridir.
ICFM proqramları Avropanın bir çox ölkələrində, Avstraliyada, Yeni Zelandiyada, Filippində rəsmi dövlət imtahanları siyahısına salınmışdır.
Diplom almış mütəxəssislərin sayı hər il 3000 nəfərə çatır ICFM-in kvalifikasiyaları milli dövlət qurumları tərəfindən tanınmaqda davam edir.
Proqramı bitirdikdən və imtahanı müvəffəqiyyətlə verdikdən sonra dinləyiciyə The Human Resource Management Diploma təqdim olunur
Tədris prosesi:
Müddəti: 3 ay (50 saat)
Yoxlama işlərinin yerinə yetirilməsi 3 saat davam edən yazılı imtahan
Tədris və imtahan dili: Azərbaycan, İnglis
Proqram
İnsan Resursları (HR) nəzəriyyələri
• Liderlik nəzəriyyələri
• Motivasiya nəzəriyyələri
HR strategiyaları, HR meylləri və çağırışları
• HR strategiyası
• HR-ın inkişaf edən roluna ümumi baxış
• Mövcud HR tendensiyaları və çağırışları
• HR strategiyasının təşkilatın məqsədlərinə uyğunlaşdırılması
Müxtəliflik, bərabərlik və inklüzivlik (DEI). Etik təcrübə
• DEI strategiyası və onun təsiri
• DEI təlim və maarifləndirmə proqramları
• DEI tərəqqisinin ölçülməsi
Etik təcrübə
HR etik mülahizələri
Şəxslərarası münasibətlər
Münasibətlərin idarə edilməsi
• Şəbəkə (Networking)
• Münasibətlərin qurulması
• Komanda işi
• Danışıqlar
• Münaqişələrin idarə edilməsi
Ünsiyyət
• Mesajların çatdırılması
• Təşkilati məlumatların mübadiləsi
• Dinləmək
Rəqəmsal dövrdə istedadların cəlb edilməsi
• Müasir kadr seçimi strategiyaları
• İşəgötürən brendinqi və sosial mediada işə qəbul
• Virtual və üz-üzə müsahibələrin aparılması üsulları
• İstedadlı kadrların saxlanılması strategiyaları
İşçilərin məşğulluğu və rifahı
• Uzaq və hibrid iş mühitləri üçün strategiyalar
• İş yerində psixi sağlamlıq dəstəyi
• İşçilərin rəy mexanizmləri
• Müsbət iş yeri mədəniyyətinin formalaşması
HR analitikası və məlumatlara əsaslanan qərar qəbuletmə
• Kadr göstəriciləri və əsas performans göstəriciləri (KPI)
• Məlumatların toplanması və təhlili vasitələri
• İstedadların idarə olunması üçün proqnozlaşdırıcı analitika
• Hesabat və məlumatların vizuallaşdırılması
Öyrənmə və inkişaf
• Bacarıq boşluqlarının müəyyənləşdirilməsi və aradan qaldırılması
• Karyera yüksəlişi və varisliyin planlaşdırılması
• Effektiv təlim proqramlarının yaradılması
• Təlimin effektivliyinin ölçülməsi
Risklər
İş yerində risklərin idarə edilməsi
Risklərin təhlili metodları
Mükafatların idarə edilməsi
Ümumi mükafatlandırma