Institute of Certified Bookkeepers (ICB https://www.bookkeepers.org.uk/) Dünyanın ən iri mühasibat təşkilatı olan ICB Global kvalifikasiyaları demək olar ki bütün inkişaf etmiş ölkələrdə təqdim olunur. APFM ICB-in Azərbaycanda rəsmi nümayəndəsi kimi fəaliyyət göstərir və beynəlxalq kvalifikasiyalar üzrə təlimlər və imtahanlar təşkil edir.
ICB dünyanın 132 ölkəsində, 5200 imtahan mərkəzində, dünyanın 200 000-dən çox üzvü və tələbəsində təmsilçiləri vasitəsilə təmsil olunan və işləyən aparıcı peşəkar beynəlxalq cəmiyyətdir. ICB-nin baş ofisi Londonda yerləşir.
APFM və ICB Sizlərə yeni – sıfırdan mühasibatlıq proqramını təklif edir. Proqram ICB tərəfindən akkreditasiya olunmuş və yerli qanunvericilik də daxil edilməklə beynəlxalq standartları nəzərə alan baza mühasibatlıq biliklərini əhatə edir. Təlim kursu yeni başlayan mühasiblər üçün praktiki mühasibat bacarıqlarının əldə edilməsinə yönəldilmişdir; buraya beynəlxalq standartlarla yanaşı vergi və digər yerli qanunvericilik üzrə biliklər, sonrakı etapda isə 1C mühasibatlıq proqramının tədrisi daxildir.
Proqramın unikallığı ondan ibarətdi ki, tədris və imtahanın azərbaycan dilində keçirilməsinə baxmayaraq, tədrisin sonunda imtahandan keçid balı toplamış dinləyicilər paralel olaraq ICB beynəlxalq sertifikatına sahib olmaq imkanı da əldə edəcəklər.
Beləliklə, "Yeni başlayanlar üçün mühasibat uçotu" proqramı üzrə təlim keçmiş mütəxəssislər mühasibat ixtisası üzrə öz bilik səviyyələrini nüfuzlu ICB Global təşkilatı tərəfindən verilmiş beynəlxalq certifikatla təsdiqləmiş olacaqlar.
Müddəti: 3 ay (50 saat)
Təlim dili: azərbaycan və rus
ÜstünlüklərMühasibat və vergi qanunvericiliyi sahəsində (beynəlxalq standartları da nəzərə alan sıfırdan mühasibatlıq) praktiki bilik və bacarıqlara yiyələnirsiniz;
Tədrisin sonunda imtahandan keçid balı topladıqdan sonra paralel olaraq ICB beynəlxalq sertifikatına sahib olmaq imkanı əldə edirsiniz;
APFM-Peşəkar Mühasib Təşkilatına üzv olaraq peşəkar üzvlük proqramına daxil olan imtiyazlardan 1 il ərzində faydalanırsınız.
Proqram faylı
Proqram
- Müəsisə anlayışı. Müəssisələrin yaranması, qeydiyyatı və ilkin sənədləşmənin tərtibi, vergi ödəyicilərinin mükəlləfiyyəti, bank hesablarının açılması, elektron xidmətlər haqqında məlumat
- Uçotun növləri, ölçüləri, uçotun aparılma formaları, sənədləşmə, inventarizasiya, kalkulyasiya, ikili yazılış, milli hesablar planı və mühasibat balansı haqqında məlumatlar
- Mühasibat uçotunun konsepsiyaları və Uçot siyasəti. Kapital və cari xərclər və gəlirlər
- Uzunmüddətli aktivlər: Əsas vəsaitlər və qeyri-maddi aktivlərin uçotu
- Ehtiyatlar: Material ehtiyatları, istehsal məsrəfləri, hazır məhsul, mallar və digər ehtiyatlar. Ehtiyyatların təsərrüfatdaxili hərəkəti.
- Qısa və uzunmüddətli debitor borclar, sair uzun və qısa müddətli maliyyə aktivləri və sair uzun müddətli və qısa müddətli aktivlər
- Pul vəsaitləri və onların ekvivalentləri: Kassa, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, pul vəsaitlərin ekvivalentləri və ƏDV sub uçot hesabı
- Uzun və qısa müddətli kreditor borclar (malsatan və podratçılara, əməyin ödənişi üzrə işçi heyyətinə, dividendlərin ödənilməsi üzrə təsisçilərə, icarə üzrə, tikinti müqavilələri və faizlər üzrə kreditor borclar, bank kreditləri və digər borclar )
- Gəlirlər: Satış, sair əməliyyat, maliyyə və fövqaladə gəlirlər
- Xərclər: Satışın maya dəyəri, inzibati, kommersiya, maliyyə fövqaladə və s. əməliyyat xərcləri
- İşçilərlə əmək haqqı üzrə hesablaşmaların uçotu. Təhtəl hesab şəxslərlə hesablaşmaların uçotu. Ezamiyyələrin uçotu
- İlkin sınaq balansı. Səhvlərin düzəldilməsi
- Maliyyə hesabatlarının komponentləri. Mənfəət və zərər haqqında hesabat
- Maliyyə vəziyyəti haqqında hesabat (balans hesabatı)
- Pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişikliklər haqqında hesabat
- Əlavə dəyər vergisi, Ödəmə mənbəyində tutulan vergilər, Əmlak vergisi, Torpaq vergisi, Vahid Bəyannamə, Mənfəət vergisinin Bəyannaməsinin doldurulamsı qaydaları.
- Praktik mühasibatlıq (“X” müəssisənin üzərində praktik təcrübə)