Hörmətli oxucularımız!
Sizinlə yay fəslinin ikinci ayında yenidən görüşməkdən böyük məmnunluq hissi duyuruq. İyul ayının adı qədim Roma imperatoru Qay Yuli Sezarın adından götürülmüşdür. Bunun əsas səbəbi Yuli Sezarın iyul ayında anadan olmasıdır. İyul ayı orta hesabla yerin Şimal yarımkürəsinin əksər hissəsində ilin ən isti ayı və Cənub yarımkürəsinin əksər hissəsində ilin ən soyuq ayıdır. 2022-ci ilin iyul ayında Qurban bayramı qeyd olunub. Qurban bayramı islam aləmində ən möhtəşəm
bayramlardan biridir. Bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirməkdir.Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı.Bu dəfəki sayımızda “Bizim müsahib” rubrikamızın qonağı APFM-in MHBS Komitəsinin sədri, Aztelekom MMC-nin maliyyə direktoru Kəmaləddin Quliyevdir. Bununla yanaşı, bu sayımızda ənənəvi rubrikalarla paralel olaraq yay fəslinin ən mühüm müzakirə mövzularından olan səyahət mövzusu ilə bağlı dünyanın ən gözəl 5 turizm məkanı ilə Sizi tanış edirik.
Sonda oxucularımıza bu yay günlərində xoş
istirahətlər arzulayırıq.
Jurnalı yükləmək üçün klik edin :
jurnal-iyul_2022.pdf
Hörmətlə,
Baş redaktor
Sevinc Lütfəliyeva