Anonslar

Hörmətli APFM üzvləri, Sizləri yeni bir mövzuda “Peşəkar mühasiblər üçün Beynəlxalq Etika Məcəlləsi- son dəyişikliklər və biznesdə tətbiqi” mövzusunda keçiriləcək seminara dəvət edirik! Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” peşəkar mühasiblər üçün peşə etikasının fundamental prinsiplərini müəyyənləşdirir. Seminar Lənkəran şəhərində, 29-30 aprel 2023-cü il tarixlərində "Lankaran Springs" otelində keçiriləcək. Əsas təlimçi- Ruslana Kuzina, sertifikatlı beynəlxalq biznes təlimçisi, ABŞ Penn State Universitetinin məzunu, Belçikanın KU Leuven universitetinin professoru, ACCA üzvü, PhD Birgə təlimçi- Nuriyyə Novruzova, OUBS (UK) məzunu, Dip Mgmt (Open), Dip IFR, Dip FM, PhD Seminar rus dilində keçiriləcək və Azərbaycan dilinə tərcümə təmin olunacaq.

Proqram:
29 aprel 2023
10:00-13:00 Lənkəran şəhərinə gəlirik və otelə yerləşirik
13:00-14:00 Nahar
14:00-16:00 Beynəlxalq Etika Məcəlləsi. Ümumi məlumat və əlavə edilmiş əsas dəyişikliklər
16:00-16:20- Çay fasiləsi
16:20-18:00 Mühasiblərin cinayət, inzibati və intizam məsuliyyəti. Etika Məcəlləsinin tətbiqinə dair praktiki nümunələr.
19:00-21:00 Şam yeməyi

30 aprel 2023
09:00-10:00 Səhər yeməyi
10:00-11:45 Yenilənmiş Etika Məcəlləsinin konseptual əsasları. Peşəkar Mühasib üçün Etikanın Əsas Prinsipləri. Praktiki keyslərin təhlili
11:45-12:00 Çay fasiləsi
12:00-13:30 İctimai təcrübədə mühasibin peşə etikası. Praktiki keyslər. Sual-cavab
Bağlanış nitqi və xatirə şəkli
13:30-15:00 Nahar
15:00-18:00- Gəzinti və ekskursiya (Lənkəran Çay turu)
18:00 -Bakıya yola düşürük

İştirak haqqı: AZN 400 (Qiymətə bütün səfər və yemək xərcləri daxildi)
Əlaqə nömrəsi: +994(50) 205 06 99 / 012 5642237/57

“Peşəkar mühasiblər üçün Beynəlxalq Etika Məcəlləsi- son dəyişikliklər və biznesdə tətbiqi” mövzusunda keçiriləcək seminar