APFM-də 2022-ci il üçün üzvlük proqramına qeydiyyat davam edir!Daha ətraflı məlumat əldə etmək üçün əlaqə nömrəsi: +994(50) 205 06 99
APFM-də peşəkar üzvlük proqramları haqqında məlumatı təqdim edirik:
APFM Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 26 avqust 2019-cu il tarixli, q-01 saylı Qərarına əsasən “Peşəkar mühasib təşkilatı” kimi akkreditasiya olunmuşdur.
Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununun 2.1.19 maddəsinə əsasən Peşəkar mühasib –DİM-in təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir.
APFM – peşəkar mühasib təşkilatı kimi hüquqi və fiziki şəxslərə müvafiq olaraq korporativ və fərdi üzvlük imkanları təklif edir.
Assosiasiyanın üzvləri APFM-də təqdim edilən beynəlxalq sertifikasiya imtahanlarında xüsusi endirim imkanı, təşkil olunan forum və konfranslarda, eləcə də müxtəlif tədbirlədə iştirak hüququ əldə edir. Həmçinin Assosiasiya tərəfindən dərc olunan Finansist jurnalına abunə olaraq pulsuz məqalələr yerləşdirmək, jurnalın tədris rubrikasında nəşr olunan tədris materiallarından istifadə etmək imkanına malik olur.
Üzvlük şərtləri və tələblərlə bağlı həmçinin online müraciət edib məlumat əldə edə bilərsiz.
https://apfm.az/ferdi-online-muraciet.html