Hörmətli APFM üzvləri,
Sizləri “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin əsas istiqamətləri mövzusunda seminara dəvət edirik!
Proqram:Layihəyə aşağıdakı istiqamətlər üzrə mühüm dəyişiklikləri əhatə edən müddəalar daxil edilmişdir:
Vergitutma bazasının genişləndirilməsi;
Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergidən yayınma hallarına qarşı mübarizə;
Ofşor zonalarla aparılan əməliyyatlar üzrə vergi nəzarətinin gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsi;
Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması;
Sahibkarlıq subyektlərinin və bank maliyyə sektorunun vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi;
Vergi borclarının yığılmasının effektivliyinin artırılması məqsədilə vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin təkmilləşdirilməsi;
Uçot siyasətinin təkmilləşdirilməsi;
Bəzi hallar üzrə vergitutma mexanizminin təkmilləşdirilməsi.
Sual-cavab
Məruzəçi: Rəşad Əhmədov
Dövlət Vergi Xidmətinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi
Seminar APFM üzvləri üçün nəzərdə tutulur, əyani keçiriləcək və ödənişsizdi.
Keçirilmə tarixi: 22 yanvar 2022-ci il, saat 10:00-14:00 (kofe-breyk daxildi)
Keçirilmə yeri: Royal Hotel