15-16 fevral 2017-ci il tarixlərində Infosystem-LINK -APFM rəsmi tədris mərkəzində IAB Level 3 (F3) Beynəlxalq mühasibat uçotu, ICFM - IFRS , Maliyyə Menecmenti , Daxili audit və ICM- HR menecment proqramları üzrə imtahan keçirimişdir.
Qeyd edək ki, 2005-ci ildən başlayaraq APFM və Böyük Britaniya İnstitutlarının uğurlu əməkdaşlığı sayəsində yüzlərlə mütəxəssis yüksək keyfiyyətli təhsil alaraq öz peşəkar yollarını tapıblar. Infosystem-LINK-də təlimin (təhsilin) əsas xüsusiyyəti odur ki, burada tələbələrə biznesi qarşılıqlı əlaqəli sistem kimi görməyi, təhlil etməyi və qeyri-standart qərarlar qəbul etməyi öyrədirlər.
Bundan başqa, Infosystem-LINK işgüzar insanların əldə edilən biliklərin praktiki tətbiq etməsi üçün xüsusi texnologiyaları müvəffəqiyyətlə tətbiq edir və onların iş prosesinə inteqrasiya olunmasına kömək edir.
Tədris mərkəzində təlim zamanı əldə edilən bacarıqlar, praktiki biliklər məzunlar üçün çox gözəl imkanlar və perspektivlər yaradır. Bu həqiqətəndə həm peşəkarlıq baxımından, həm də karyera baxımından güclü bir təkandır.
Mərkəzdə həmçinin Böyük Britaniyanın Kommersiya Meneсmenti Institutu (ICM-Institute of Commercial Management) ilə əməkdaşlıq çərçivəsində müxtəlif biznes proqramları üzrə təlimlər keçirilir (İnsan Resurslarının idarə olunması , Marketing və satışın idarə olunması , Biznes Menecmenti , Müştəri xidmətləri , PR Menecment , Effektiv Danışıqlar , Jurnalistika və Media , Turizmdə marketinq, Turizm üzrə Menecment, Turizmdə yüksək xidmət və s)
Bununla da gənc mütəxəssislərə ölkəni tərk etmədən , beynəlxalq təlimçilərdən 3-12 ay müddətində təhsil alaraq və 3 saat davam edən yazılı imtahandan keçid balı toplamaqla ICM ixtisas sənədlərinə (Single Subject Diploma ) yiyələnmək imkanı yaradılır.
Qeyd edək ki, ICM 1979-cu ildə yaradılmışdır – 130 ölkənin tələbə və dinləyicilərini cəmləşdirən beynəlxalq sertifikasiya mərkəzidir. ICM-in kvalifikasiyaları bir çox ölkələrin təhsil nazirlikləri və dövlət qurumları tərəfindən tanınır, Sertifikat və Diplomlar beynəlxalq statusa malikdir. Kommersiya və biznesin inkişafı menecerlərinin hazırlanması istiqamətində ixtisaslaşan, tanınmış və nüfuzlu qurum olan Kommersiya Menecmenti İnstitutu (Institute of Commercial Management, ICM) həmçinin biznes və idarəetmə sahələrində fəaliyyət göstərənlər üçün dünyamiqyaslı tədqiqat və mükafatlandırma komitəsidir. Birləşmiş Krallığın Mükafatlandırma Komitəsinin tam akkreditə olunmuş üzvü olan İnstitut peşə proqramlarının geniş çeşidini təklif edir. Belə ki, bu peşə proqramları ticarət sektoruna daxil olmaq istəyənlərin fərdi inkişaf və təlim ehtiyaclarının qarşılanması və iş dünyasında fəaliyyət göstərənlərin davamlı imkişafına dəstək və iş yeri rahatlığının təmininə yönəlmişdir.