Anonslar

16 may 2014-cü il tarixində Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının IBS tədris mərkəzinin satiş menecmenti üzrə təlimçisi Ənvər Həsənov Excelsior mehmanxanasında ATA Holding-in əməkdaşları üçün modern satış üzrə təlim (Master class-Ustad dərsi) keçirdi. 3 saat davam edən təlimdə təmsilçi etiketi, bədən dili, müştəri məmnuniyyəti və müştərinin naraziliğinin dəf edilməsi mövzularına toxunuldu və keçirilən təlim diskussiya şəklində davam etdirildi.

Qeyd edək ki, IBS Böyük Britaniyanın Kommersiya Menecmenti İnstitutunun (Institute of Commecial Management- ICM) Azərbaycanda eksklyuziv partnyoru kimi fəaliyyət göstərir və menecmentin müxtəlif səviyyələri üzrə kompleks proqramlar təqdim edir.

ICM 1979-cu ildə yaradılmışdır – 130 ölkənin tələbə və dinləyicilərini cəmləşdirən beynəlxalq sertifikasiya mərkəzidir. ICM-in kvalifikasiyaları bir çox ölkələrin təhsil nazirlikləri və dövlət qurumları tərəfindən tanınır, Ofqual akkreditasiyasına malikdir, Sertifikat və Diplomlar beynəlxalq statusa malikdir. ICM təlim proqramları Böyük Britaniyanın Milli kvalifikasiyalar çərçivəsinə daxil olmuşdur (The National Qualifications Framework)

“Ustad dərslər” iştirakçılar tərəfindən maraqla qarşılanır və IBS belə treninqlərin digər təşkilatlarda da davam etdirməyi planlaşdırır.

Modern satış üzrə təlim (Master class-Ustad dərsi)  keçirildi