Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Tədris Mərkəzi və Azərbaycan Respublikası Professional Maliyyə Menecerləri Assosiasiyasının İnfosistem-Link tədris mərkəzi arasında Əməkdaşlıq haqqında Memorandum imzalandı.
Bu memorandum Maliyyə Nazirliyinin tədris mərkəzi ilə Professional Maliyyə Menecerləri Assosiasiyasının İnfosistem-Link tədris mərkəzi arasında Azərbaycan Respublikasının Qanunun tətbiqi ilə əlaqədar mühasibat və maliyyə hesabatının rolu və əhəmiyyətinin dəyişməsinə, onun yaxşı beynəlxalq təcrübələrlə nizamlanmasına yönələn mühasibat uçotu ixtisaslarının həcminin təkmilləşdirməsi, Mühasiblərin Beynəlxalq Federasiyası (IFAC) tərəfindən təsdiq olunan Beynəlxalq Təhsil Standartlarına istinad etməklə, mühasiblərin Böyük Britaniyanın beynəlxalq təşkilatlarının rəsmi peşəkar mühasibat ixtisasları üzrə sertifikatlaşması, beynəlxalq mühasibat uçotu üzrə beynəlxalq standartlara cavab verən kadr hazırlığının təkmilləşdirilməsi, İS-LİNK tərəfindən təqdim olunan beynəlxalq mühasibat uçotu, maliyyə menecmenti, maliyyə hesabatlarının beynəlxalq standartları və s. müvafiq kurslar üzrə tədris proqramlarının tanınması, onların Milli Mühasibat Uçotu Standartları proqramı üzrə müəyyən fənnlərlə əvəzləşdirilməsi və digər məqsədlərlə tərəflərin birgə əməkdaşlıq münasibətlərini müəyyən edir.