Anonslar

Infosystem-link kadr hazırlığı prosesini davam etdirir və növbəti təlimlər uğurla başa çatmış və bir qrup tələbə MHBS, FM, Professional menecment üzrə kursları müvəffəqiyyətlə başa vurmuş və imtahanlarda yüksək nəticələr göstərərək diplomlarla təltif olunmuşlar .

Təqdimat mərasimində əməkdaşlarının bu uğuruna sevinən AZƏRSU, SOCAR, Encotek, AZERSUN və s. şirkətlərin nümayəndələri qeyd etdilər ki , menecment və maliyyə sahəsində beynəlxalq standartların tətbiqi, nəzəri və praktik təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislərin hazırlığı böyük əhəmiyyət kəsb edir və bu baxımdan mütəxəssislərinin təcrübələrinin artırılmasının daima diqqətdə saxlanılmasını və onların konfrans, seminar və treninqlərdə davamlı iştirakının təmin olunmasını vacib hesab edirlər. Onlar bu prosesdə fəal iştirak edən İnfosystem-link tədris mərkəzinə bu nailiyyətlərə görə öz təşəkkürlərini bildirdi, tədris mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək gələcəkdə növbəti layihələrdə birgə əmədaşlığı davam etdirmək arzusunda olduqlarını bir daha vurğuladılar.

Qeyd edək ki tədris mərkəzi 2005-ci ildən eribarən beynəlxalq standartlara cavab verən ixtisaslı kadrların hazırlığı prosesində fəal iştirak edir, öndə gedən tanınmış beynəlxalq tədris mərkəzi kimi bir çox mütəxəssisin beynəxalq proqramlar üzrə sertifikatlaşmasında öz töhvəsini vermişdir.

Diplomlara layiq görülmüş bütün tələbələri təbrik edirik!

Infosystem-link kadr hazırlığı prosesini davam edir
Infosystem-link kadr hazırlığı prosesini davam edir
Infosystem-link kadr hazırlığı prosesini davam edir