07 sentyabr 2012-ci il tarixində Infosystem-link tədris mərkəzində növbəti – ixtisas artırma üzrə “Açıq qapı” tədbiri keçirildi.
Tədbirə Azərbycanda fəaliyyər göstərən bütün iri müəssisələrin baş mühasibləri, maliyyə direktorları, kadr şöbəsinin rəhbərləri dəvət olunmuşdu. Həmçinin bu mərasimdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tədris mərkəzinin direktoru Elman Hüseynov da işrirak edirdi. Qeyd edək ki Elman Hüseynov Beynəlxalq Maliyyə Hesabatları Standartları kursu üzrə tədris mərkəzinin ən fəal və imtahanda ən yüksək nəticə göstərən tələbələrindən biridi.
O, tədbirdə iştirak edən iştirakçıların beynəlxalq standartlara keçidlə bağlı bütün suallarına cavab verdi, respublikamızda bu istiqamətdə aparılan işlər, əldə olunan nailiyyətlər və həmçinin bu sahədə qanunvericiliklə bağlı dəyişikliklər və s. barədə məlumat verdi, mühasiblərin sertifikatlaşmasının vacibliyini bir daha vurğuladı.
Tədbirdə iştirakçılara qeydiyyatın şərtləri və tədrisin özəllikləri barədə, həm də təklif olunan tədris proqramlarının müəllimləri, təcrübə və beynəlxalq statusu barədə də faydalı məlumatlar verildi və mini treninq- master klas keçirildi.
İştirakçılar tədbirdən çox məmnun qaldılar və bu tədbirin keçirilməsinə görə tədris mərkəzinin rəhbərliyinə təşəkkürlərini bildirdilər.