Tədris mərkəzində yanvar-may 2012 sessiyası üzrə Beynəlxalq Mühasiblər Assosiasiyasının “Beynəlxalq Mühasibat Uçotu” tədris proqramı üzrə tədris başa çatdı və 5-6 iyun 2012 tarixində 50 nəfərə yaxın dinləyici üçün Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Akademik H.Əliyev 135 ünvanında yerləşən 2 saylı tədris binasında beynəlxalq qaydalara əsasən mərkəzləşmiş qaydada imtahanlar keçirildi. İmtahanların yüsək səviyyədə keçirilməsində təşkilatı dəstəyə görə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin rəhbərliyini minnətdarlığımızı bildiririk. İmtahan nəticələri 2 aydan sonra məlum olacaq.