Anonslar

Azərbaycan Respublikasının Qanun layihəsinin əsas istiqamətləri mövzusunda seminar
Hörmətli APFM üzvləri,

Sizləri “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin əsas istiqamətləri mövzusunda seminara dəvət edirik!

Proqram:

Layihəyə aşağıdakı istiqamətlər üzrə mühüm dəyişiklikləri əhatə edən müddəalar daxil edilmişdir:

Vergitutma bazasının genişləndirilməsi;
Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergidən yayınma hallarına qarşı mübarizə;
Ofşor zonalarla aparılan əməliyyatlar üzrə vergi nəzarətinin gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsi;
Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması;
Sahibkarlıq subyektlərinin və bank maliyyə sektorunun vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi;
Vergi borclarının yığılmasının effektivliyinin artırılması məqsədilə vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin təkmilləşdirilməsi;
Uçot siyasətinin təkmilləşdirilməsi;
Bəzi hallar üzrə vergitutma mexanizminin təkmilləşdirilməsi.
Sual-cavab

Məruzəçi: Rəşad Əhmədov
Dövlət Vergi Xidmətinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi

Seminar APFM üzvləri üçün nəzərdə tutulur, əyani keçiriləcək və ödənişsizdi.

Keçirilmə tarixi: 22 yanvar 2022-ci il, saat 10:00-14:00 (kofe-breyk daxildi)
Keçirilmə yeri: Royal Hotel