Xəbərlər

İspaniyanın Alikante şəhərində Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) təşkilatçılığı ilə möhtəşəm konfrans keçirildi

02 iyun 2022-ci il tarixində İspaniyanın Alikante şəhərində Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) təşkilatçılığı ilə — Avropanın mühasib, audit və maliyyə sektoru üzrə tanınmış mütəxəssislərini cəmləşdirən möhtəşəm konfrans keçirildi.

Azərbaycandan nümayəndə heyəti tərkibində Azərbaycan Respublikası Auditorlar Palatası, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərişıq ASC, Azərenerji ASC, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Libra Consulting MMC və digər şirkətlərin nümayəndələri və APFM üzvləri iştirak etdilər.

Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası da 2016-cı ildən etibarən EFAA-nın, bu nüfuzlu təşkilatın üzvüdür. Qeyd edək ki, EFAA-nın Avropada 320,000 mühasib və auditorları təmsil edən 19 üzvü var və APFM-in də bu üzvlər arasında yer tutması çox böyük əhəmiyyət kəsb edir. Bu gün Assosiasiyanın beynəlxalq əlaqələri və əhatə dairəsi genişlənməkdədir. Bu isə respublikamızda təcrübəli mütəxəssislərin artmasına, dünya miqyasında tanınmasına, gənc kadrların beynəlxalq səviyyədə hazırlanması istiqamətində aparılan işlərin uğurla davam etdirilməsinə böyük bir töhfədir.

Son dövrlərdə dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.

Tədbir “Qlobal dəyişikliklər: təcrübədə transformasiya” mövzuları üzrə bir neçə sessiyadan ibarət olacaq. Konfransda müzakirə olunan mövzular mövcud qlobal bazar iqtisadiyyatının tələblərinə əsasən ölkəmizdə də fəaliyyət göstərən iri müəssisə və təşkilatların öz mövqelərini qoruyub saxlaması və inkişaf etdirmələri üçün biznes prosesləri sisteminin səmərəliliyinin artırılması və müəyyən dəyişikliklərin həyata keçirilməsi baxımından çox mühümdür və bu sahədə çalışan mütəxəssislərin maarifləndirilməsində, beynəlxalq təcrübənin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.