Xəbərlər
20 oktyabr 2021
Əziz oxucularımız,

Jurnalımızın səhifələrində mütamadi olaraq APFM üzvlərinin məqalələri və müsahibələri dərc edilir. Bu məqalələrdə təcrübəli mütəxəssislər maliyyə mövzuları haqqında öz fikirləri və tövsiyələri ilə Sizinlə bölüşür. İlk addımlarını atan gənc maliyyəçilərimiz üçün bu çox vacibdir, çünki onlar müzakirələrə qoşularaq öz yanaşmalarını, öz baxışlarını formalaşdırmış olurlar. Bu nömrəmizdə müsahibimiz "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Maliyyə departamentinin direktoru Rövşən Məmmədovdur. O, uzun müddət otel və turizm sahəsində fəaliyyət göstərən iri müəssisələrdə Maliyyə Direktoru vəzifəsində çalışıb, ötən ilin iyul ayında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Maliyyə” departamentinin direktoru vəzifəsinə təyin edilib. Əminik ki, müsahibimizin fikirləri oxucularımıza, xüsusən gənc mütəxəssislərimizə maraqlı və faydalı olacaq. Maraqlı müsahibə üçün Rövşən müəllimə təşəkkürümüzü bildiririk!