Xəbərlər

İlin yekunu: biz hədəflərə doğru uğurlu addımlarla irəliləyirik Ömrümüzdən daha bir il ötdü. Düz otuz il həsrətində olduğumuz doğma yurd yerlərimizə böyük qayıdışı yaşadan bir il! Vətən həsrətinə son qoyan bu ili qürur və fəxr hissi ilə yaşadıq. Çətin və şərəfli qələbənin bir ilini yaşadığımız bu müddət bizim üçün bir göz qırpımında keçib. Zəfər ilinin hər günündə viran qalan obalarımızı qurub – yaratmaqla bütün dünyaya göstərdik ki, bu...

Əziz oxucularımız! Sizi jurnalımızın noyabr nömrəsində salamlayırıq! Jurnalımızın bu nömrəsində də maraqlı məqalələr, o cümlədən maliyyə alətləri haqqında MHBS 9 standartının xüsusiyyətləri, IFRS məsələ, peşəkar mühasiblərin etika kodeksində istifadə edilən anlayışlar və digər mövzular diqqətinizə təqdim edilib....

Əziz oxucularımız, Jurnalımızın bu nömrəsi üçün hazırladığımız xəbərlər və məqalələr barədə məlumat vermək istəyirik. Böyük qürur hissi ilə qeyd etmək istəyirik ki, oktyabr ayının 15-17-də tarixi diyarımız Naxçıvanda Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı, Avropa və Asiya ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin iştirakı ilə beynəlxalq...

Əziz oxucularımız, Jurnalımızın səhifələrində mütamadi olaraq APFM üzvlərinin məqalələri və müsahibələri dərc edilir. Bu məqalələrdə təcrübəli mütəxəssislər maliyyə mövzuları haqqında öz fikirləri və tövsiyələri ilə Sizinlə bölüşür. İlk addımlarını atan gənc maliyyəçilərimiz üçün bu çox vacibdir, çünki onlar müzakirələrə qoşularaq öz yanaşmalarını, öz baxışlarını formalaşdırmış olurlar. Bu nömrəmizdə müsahibimiz "Azərbaycan Sənaye...

Mütəxəssislər hesab edirlər ki, yaxın gələcəkdə mövcud peşələrin əvəzinə tamamilə yeni, daha mütərəqqi peşələr ortaya çıxacaq. Bu səbəbdən özlərinə ixtisas seçən məktəb məzunları hər bir peşənin bütün müsbət və mənfi cəhətlərini diqqətlə öyrənir, gələcəkdə iş perspektivlərinə diqqət yetirməyi unutmurlar. Bəs mühasib peşəsinin gələcəyi haqqında nə demək olar? Bu sual barədə öz fikirlərini Azərbaycan Dövlət Neft Fondunun Mühasibat uçotu və...

Finansistin növbəti sayında APFM-in İdarə Heyətinin üzvü, Beynəlxalq Sertifikasiya Mərkəzinin rəhbəri Rauf Rzayevin məqaləsi diqqətinizə təqdim edilib. Kriptovalyutaların uçotunun MHBS-a uyğun təşkil edilməsinə həsr edilmiş məqalədə mühasibat uçotu baxımından kriptovalyutaların xüsusiyyətləri, satış və digər məqsədlər üçün nəzərdə tutulan kriptovalyutaların uçot qaydası, eləcə də maynerlərin fəaliyyətlərinin xüsusiyyətləri və maynerlərdə...

Əziz oxucularımız, Bakıda “EY” (“Ernst&Young”) şirkəti tərəfindən artıq ikinci dəfə təşkil edilən “EY İlin İş Adamı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Bu il əsas mükafat ənənəvi Azərbaycan ornamentləri əsasında zinət əşyaları və bəzəkləri yaradan “Resm” şirkətinin təsiscisi və kreativ direktoru Rəsminə Qurbətovaya verildi. “Maraqlı müsahibə” rubrikasında Rəsminə xanımın sahibkarlıq fəaliyyəti ilə bağlı fikirləri və...

Əziz oxucularımız, Əziz kollektivimiz, 100-cü nömrəmiz mübarək! Hər birimiz üçün əziz olan “Finansist” jurnalının 100-cü nömrəsi dərc olundu. 100 rəqəmi müəyyən mərhələ deməkdir, 100 rəqəmi müəyyən qiymətləndirmə aparmaq üçün əsas deməkdir. Əlbəttə jurnal fəaliyyətinin ən düzgün qiymətini onun oxucusu, rəhbərliyi və kollektivi verir. Jurnalın kollektivi adından onu deyə bilərəm ki, bu iş böyük məsuliyyəti, həyacanı, diqqəti və zəhməti tələb...

Əziz oxucularımız! Bildiyiniz kimi, EY şirkəti artıq ikinci ildir ki, Azərbaycanda “İlin İş Adamı” müsabiqəsini keçirir. Beynəlxalq miqyasda ən nüfuzlu biznes mükafatlandırma proqramlarından biri olan bu müsabiqə cəmiyyətə və iqtisadiyyata müsbət təsir göstərən sahibkarları və onların töhfəsini tanıyır. Jurnalımızın “Müsahibə” rubrikasında müsabiqənin müstəqil münsiflər heyətinin üzvü, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə...

APFM yeni inkişaf yolunda : “Qarabağ Azərbaycandır!” Zaman sürətlə ötür. Bir göz qırpımında keçən zaman yaddaşlara həkk olur. Elə yola salmağa hazırlaşdığımız 2020-ci il və bu il ərzində baş verən hadisələrin hər biri kimi. İlin əvvəlində dünyanı öz təsirinə alan Covid-19 yoluxucu xəstəliyi (pandemiya ) respublikamızdan da təsirsiz ötmədi. Mart ayından ciddi karantin rejiminə keçdiyimiz vaxtdan hər bir sahədə həyat axarını dəyişdi. İlk öncə,...