Xəbərlər
APFM-in Naxçıvan şəhərində akkreditə olunmuş tədris mərkəzində beynəlxalq diplomların təqdimatı mərasimi keçirildi.
SAR Activ Consalting MMC Tədris mərkəzində ICFM-in IFRS beynəlxalq sertifikasiya proqramı üzrə kursları müvəffəqiyyətlə başa vurmuş bir qrup dinləyici imtahanlarda yüksək nəticələr göstərərək diplomlarla təltif olundular.

Proqramın təlimçisi- Ramazan Seyidli dinləyiciləri təbrik edərək bir daha qeyd etdi ki, yüksək ixtisaslı mütəxəssislərin hazırlığı böyük əhəmiyyət kəsb edir, tədris olunan mövzular işgüzar insanların əldə etdikləri biliklərinin təcrübi tətbiqinə kömək edir.

Qeyd edək ki, tədris mərkəzi keçən ildən ICFM-in “Diploma in IFRS” və yeni başlayan mühasiblər üçün ICB “Certificate in Advance Bookkeeping” modulları üzrə təlimlər keçirir, ixtisaslı kadrların hazırlığı prosesində fəal iştirak edir, mütəxəssislərin beynəxalq proqramlar üzrə sertifikatlaşmasında öz töhvəsini verir.
Diplomlara layiq görülmüş bütün dinləyiciləri təbrik edirik! Tədris mərkəzinə uğurlarının davamlı olmasını arzu edirik!

01 aprel 2022