Xəbərlər

03 fevral 2022

29 yanvar 2022-ci il tarixində APFM üzvləri üçün “Mühasibat uçotu ilə vergitutma obyektləri arasında yaranan fərqlərin uçotda əks etdirilməsi” mövzusunda növbəti seminar təşkil olundu.

Seminar APFM İdarə Heyətinin sədr müavini, Beynəlxalq Sertifikasiya Mərkəzinin rəhbəri Rauf Rzayev və APFM Təhsil Komitəsinin üzvü, Cahan Holdinqin Maliyyə direktoru Elvin Həsənov tərəfindən təqdim olundu.

Seminarın proqramına MUBS (IAS) 12 – Mənfəət vergiləri standartının nəzəri əsasları, standartın məqsədi və tətbiqi sahəsi, cari vergi və təxirə salınmış vergi anlayışlarının izahı daxil idi. Seminarın 2-ci hissəsində isə təxirə salınmış vergi öhdəliyi, təxirə salınmış vergi aktivi, mühasibat uçotu ilə vergitutma obyektləri arasındakı fərqlərin praktiki tətbiqi haqqında geniş məlumat verildi, konkret misallar üzərində praktiki keyslər həll olundu.
APFM üzvləri seminarda aktiv iştirak etdilər, onları maraqlandıran suallar cavablandırıldı. İştirakçılar öz məmnunluqlarını bildirdilər, bu kimi maarifləndirici seminarların və maraqlı təqdimatların əhəmiyyətini, eləcə də məruzəçilərin peşəkarlığını bir daha vurğuladılar.
Seminarın daha bir özəlliyi ondan ibarət oldu ki, bu seminarda APFM-in ilk peşəkar mühasib üzvlərinin bir qisminə üzvlük kartları təqdim olundu. Kartlar APFM-in MHBS Komitəsinin sədri-Kəmaləddin Quliyev tərəfindən təqdim olundu. O, üzvlərə xoş arzularını çatdıraraq, mühasib peşəsinin vacibliyini və əhəmiyyətini bir daha vurğuladı, peşəkarları birləşdirən və inkişaf etdirən APFM ailəsinə qoşulmaları münasibətilə onları təbrik etdi və işlərində uğurlar arzuladı.

APFM olaraq peşəkar mühasiblərimizi bir daha təbrik edirik, digər üzvlərimizə də tezliklə peşəkar mühasib sertifikatına yiyələnməyi arzu edirik!
Məruzəçilərə və iştirakçılara bir daha təşəkkürümüzü bildiririk!

03 fevral 2022
03 fevral 2022
03 fevral 2022
03 fevral 2022
03 fevral 2022
03 fevral 2022