Xəbərlər

24 yanvar 2022

APFM üzvləri üçün 2022-ci ildə ilk seminarımız uğurla başa çatdı.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bu günkü tələblərinə uyğun olaraq ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə təkmilləşdirilir. Vergi Məcəlləsinə dəyişiklikləri iqtisadi hədəflər və islahatın məqsədləri baxımından 7 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar - bərabər və şəffaf fiskal mühitin təmin edilməsi; ƏDV inzibatçılığının təkmilləşdirilməsi; sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi; sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması; sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi; beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi kimi məqsədləri əhatə edir.

22 yanvar 2022-ci il tarixində APFM-in 2022-ci il üzrə nəzərdə tutulmuş Tədbirlər planına əsasən üzvlər üçün təşkil etdiyi ilk seminar “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun əsas istiqamətləri mövzusuna həsr olundu. Seminar Dövlət Vergi Xidmətinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi, eləcə də APFM Qanunvericilik Komitəsinin üzvü - Rəşad Əhmədovun təqdimatında keçirildi. İştirakçılara dəyişikliklər barədə geniş məlumat verildi, onları maraqlandıran suallar cavablandırıldı, dəyisikliklər nümunələr üzərində ətraflı izah edildi. İştirakçılar öz məmnunluqlarını bildirdi, vergi risklərinin aradan qaldırılmasında bu vergi seminarının əhəmiyyətini bir daha vurğuladılar.

Seminarın proqramına vergitutma bazasının genişləndirilməsi; vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergidən yayınma hallarına qarşı mübarizə; ofşor zonalarla aparılan əməliyyatlar üzrə vergi nəzarətinin gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsi; osial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması; sahibkarlıq subyektlərinin və bank maliyyə sektorunun vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi; vergi borclarının yığılmasının effektivliyinin artırılması məqsədilə vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin təkmilləşdirilməsi; uçot siyasətinin təkmilləşdirilməsi və sair istiqamətlər üzrə mühüm dəyişiklikləri əhatə edən müddəalar daxil edilmişdi. Mövzular ətrafında geniş müzakirələr aparıldı, məruzəçinin maraqlı təqdimatı və ətraflı izahı iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.

Məruzəçiyə və iştirakçılara bir daha təşəkkürümüzü bildiririk!

24 yanvar 2022
24 yanvar 2022
24 yanvar 2022
24 yanvar 2022