Xəbərlər

21 may 2021

Mühasibat uçotu sahəsində qarşıda duran yeni vəzifələr müzakirə olunub.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında birgə görüş keçirilib.

Görüşdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunun qüvvəyə minməsindən irəli gələn vəzifələr, mühasiblərin peşə fəaliyyətinin inkişafı, peşəkar mühasib sertifikatının əldə edilməsi və bu təşkilata üzv olmanın zəruriliyi, peşəkar mühasib təşkilatları tərəfindən aparılan maarifləndirici tədbirlərin əhəmiyyəti və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Həmçinin tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi, təcrübə mübadiləsi, qanunvericiliyə dəyişikliklərin edilməsi üzrə məsləhətləşmələrin aparılması, fəaliyyət prosesində yaranan problemlərin həllində koordinasiyanın təşkili və vahid yanaşma prinsiplərinin tətbiqi diqqət mərkəzində olub.

21 may 2021
21 may 2021
21 may 2021