Xəbərlər

23 aprel 2021

APFM üzvləri üçün vebinar keçirildi

APFM və AZFIN Group Advisory Services tərəfindən birgə hazırlanan “Biznesin diaqnostikası və proseslərin optimallaşdırılması” mövzusunda vebinarımız yekunlaşdı. Tədbirdə APFM üzvləri iştirak etdi. Vebinar APFM üzvü- Elnur Əliquliyev tərəfindən təqdim olundu. Elnur Əliquliyev Böyük Britaniyanın Cardiff universitetində “Maliyyə və mühasibatlıq” üzrə magistr təhsili almış, biznesin diqanostikası və proseslərinin optimallaşdırılması üzrə təcrübə və biliklərə malik mütəxəssisdir.

Vebinarda müəssisənin biznes proseslərinin diaqnostikası və müəssisənin fəaliyyətinin transformasiyasına əsas yanaşmalar (strategiyaların işlənilib hazırlanması, biznes proseslərin təkmilləşdirilməsi, əməliyyat effektivliyinin artırılması), biznes prosesləri üzrə layihələrin idarə edilməsi, müəssisənin əməliyyat effektivliyin artırılması üçün əsas diaqnostik göstəricilərin və elementlərin təhlili , biznes proseslərinin optimallaşdırılması və əməliyyat effektivliyin artırılması üzrə əsas istiqamətlər, proseslərin optimallaşdırılması üzrə təşəbbüs və tədbirlərin formalaşması və s. mövzular haqqında məlumatlar çatdırıldı.

Maraqlı təqdimata görə təlimçi Elnur Əliquliyevə təşəkkürümüzü bildiririk, dinləyicilərə isə aktiv istiraklarına görə minnətdarıq.

23 aprel 2021
23 aprel 2021
23 aprel 2021
23 aprel 2021
23 aprel 2021
23 aprel 2021