Xəbərlər
Mühasiblərin və Auditorların VII-ci Avrasiya Forumu

Oktyabr ayının 15-17-də Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı, Avropa və Asiya ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin iştirakı ilə Naxçıvanda Mühasiblərin və Auditorların VII-ci Avrasiya forumu keçirilib. Tarixi diyarımızda, dünyanın naxışı Nəqşi cahanda Naxçıvanda beynəlxalq səviyyəli möhtəşəm bir tədbirə Mühasiblərin və Auditorların VII Avrasiya forumuna ev sahibliyi etməkdən böyük qürur hissi keçirdik. Tədbirin yüksək səviyyədə təşkilinə görə Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə, Muxtar Respublikanın Maliyyə Nazirliyinə forum iştirakçıları və Assosiasiyamızın üzvləri adından dərin minnətdarlığımızı bildiririk.

Tədbirdən öncə forum iştirakçıları Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər; daha sonra Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar qonaqlarda böyük maraq yaradıb.

Ümumilikdə, 9 ölkənin peşəkar mütəxəssislərinin və yerli qurumların nümayəndələrinin iştirak etdiyi forumda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyevin giriş sözü ilə başladı.

Sonra tədbirdə Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının Məsləhət Şurasının üzvü, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə çıxışa bildirib ki, son 20 ilin statistikası Naxçıvanda iqtisadiyyatın bütün sahələrində dinamik inkişafı bir daha təsdiq edir. Təqdirəlayiq haldır ki, muxtar respublika bu üstünlüyü blokada şəraitində, ölkəmizin 20 faizi işğal altında olduğu bir dövrdə əldə etmişdir. Təbii ki, bütün bunlara ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik, bu xəttin uğurla davam etdirilməsi nəticəsində nail olunub. Bu forumun təşkilinin ölkələrimiz arasında beynəlxalq əməkdaşlığın inkişafına, maliyyə, uçot və audit sisteminin təkmilləşdirilməsinə kömək edəcəyini vurğulayan Ziyad Səmədzadə bildirib ki, əsas məqsəd qloballaşan
dünya iqtisadiyyatında yaranmış vəziyyət, maliyyə resurslarından səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə, sosial-iqtisadi həyatda şəffaflığın yüksəldilməsi sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, bu sahədə beynəlxalq standartların tətbiqi, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etməkdən ibarətdir.

Forumda mühasib və auditorların fəaliyyət prinsiplərinə uyğun 4 panel üzrə mühasibat uçotunun təkmilləşdirilməsində dövlət tənzimlənməsinin rolu, maliyyə hesabatlarında şəffaflıq problemləri, müasir çağırışlar: vergi və maliyyə hesabatlılığı, vergi qanunvericiliyi və maliyyə hesabatlarının beynəlxalq standartları, mühasibat uçotu sahəsində qanunvericilik, maliyyə hesabatlarının beynəlxalq standarlarının tətbiqi və digər mövzuları əhatə edən təqdimatlar olub.
Forum iştirakçıları Prezident cənab İlham Əliyevə müraciət ünvanlayıb.

20 oktyabr 2021
20 oktyabr 2021
20 oktyabr 2021
20 oktyabr 2021
20 oktyabr 2021
20 oktyabr 2021
20 oktyabr 2021
20 oktyabr 2021
20 oktyabr 2021
20 oktyabr 2021
20 oktyabr 2021
20 oktyabr 2021