Finansist

May 2022

Ənənəyə sadiq qalaraq, hər ay olduğu kimi, yenə də maraqlı mövzular və rubrikalarla “Finansist” jurnalının növbəti – may buraxılışında Sizləri salamlayırıq. May ayının adı Roma tanrısı Mayyadan götürülüb. Qədimdə may ayında kənd əhalisinin işi çox idi, ona görə ki, yazın axırlarında əkin mövsümü olurdu, bu vaxt bütün kənd tarlaya gedirdi və bu ay ərzində toylar və şənliklər keçirilməyə vaxt ayırmaq mümkün deyildi. Hazırda isə qədimdən qələn toysuz may ayı haqqında fərqlı inanclar qəzir. Belə bir fikir var ki, may ayında münasibətlərini qanuniləşdirən yeni evlənənlər heç vaxt xoşbəxt olmayacaqlar, mütləq boşanacaqlar. Lakin müasir psixoloqlar deyirlər ki, düşüncə maddidir və insanın özü mənfi enerji cəlb edir, may ayında evliliyi mənfi qəbul edir. Unutmaq olmaz ki, yalnız insan özü öz ailə həyatını məhv edə bilir...

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Ulu Öndər Heydər Əliyev dəfələrlə bildirmişdi ki: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”. Qeyd edək, ki, 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur.

Sizi Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün xalqımıza sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.

Kataloqu yüklə : jurnal_may.pdf


Hörmətlə,
Baş redaktor
Sevinc Lütfəliyeva