Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Maliyyə və təsərrüfat departamentinin müdiri Emin Kazımov moderator qismində çıxış edib. O, maliyyə və vergi uçotunun mahiyyəti, oxşar və fərqli cəhətləri barədə ətraflı məlumat verib, paralelliyin təmininin üstünlükləri, ERP sistemlərində inteqrasiyanın vacibliyi və bu prosesdə qarşıya çıxan əsas çağırışlar haqqında öz praktiki təcrübəsini bölüşüb.
Seminar interaktiv müzakirə formatında təşkil olunub. İştirakçılar da mövzu ilə bağlı öz şəxsi təcrübələrini paylaşaraq müzakirələrə aktiv şəkildə qatılıblar. Moderatorun yönləndirməsi ilə aparılan fikir mübadiləsi tədbirin həm dinamik, həm də öyrədici atmosferdə keçməsinə şərait yaradıb.
Seminar iştirakçılar üçün maliyyə və vergi uçotunun paralel aparılması, sistemlərarası inteqrasiyanın tətbiqi və idarəetmə proseslərində şəffaflığın artırılması ilə bağlı yeni bilik və praktik yanaşmalar qazanmaq baxımından faydalı olub.
Belə tədbirlər maliyyə sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının inkişafına, eyni zamanda peşəkar icma daxilində təcrübə mübadiləsinin güclənməsinə mühüm töhfə verir.