Xəbərlər

14 mart 2020

Hörmətli APFM üzvləri,
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq sosial izolyasiya tədbirlərini nəzərə alaraq APFM tədris mərkəzində də təlimlər, treninqlər və imtahanlar müvəqqəti olaraq dayandırılır.

Belə ki, hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.