Xəbərlər

20 noyabr 2014

Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun (ICFM) “5th LUCA AWARD 2014” Mükafatının Təntənəli Təqdimat Mərasimi

19 noyabr 2014 tarixində Britaniya Kino və Televiziya İncəsənəti Akademiyasında (ICFM) “LUCA” Mükafatının Təntənəli Təqdimat Mərasimi keçirildi. Tədbirin fəxri qonağı həmişə olduğu kimi ICFM-in Patronu, Şahzadə Maykl Kentski Kral Əlahəzrətləri oldu.

Təqdimat mərasimində dünyanın müxtəlif ölkələrindən 200 nəfərə yaxın qonaq iştirak etdi.

Burada Böyük Britaniya, Kanada, Almaniya, Asiya və Şərqi Avropa ölkələri, o cümlədən Rusiya, Kazaxstan, Belarusiya, Özbəkistan və sair ölkələrin nümayəndələri var idi. Təbii ki Azərbaycan da geniş nümayəndə heyəti ilə bu tədbirdə fəal iştirak etdi. Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının xətti ilə bu dəfəki böyük nümayəndə heyəti tərkibinə SOCAR, Azərsu ASC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC, və digər şirkətlərin, dövlət qurumlarının nümayəndələri daxil idi.

Fəxri qonaqlar arasında həmçinin Rusiyanın Böyük Britaniyadakı səfirliyinin baş müşaviri Serqey Derevyankin, Belarusiyanın Böyük Britaniyadakı səfiri Serqey Aleynik, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Vusal Abdullayev və digər diplomatik nümayəndələr var idi.

Şahzadə Maykl Kentskiy Kral Əlahəzrətləri ICFM “İlin şirkəti 2014” –“Best Company 2014" nominasiyalarının qaliblərini təbrik etdi və müasir mühasibat uçotunun banisi Luka Paçolinin şərəfinə adlandırılan "Luca" fəxri kiçik heykəlini təqdim etdi.

Azərbaycandan bu nominasiya üzrə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC qalib seçildi və LUCA mükafatına layiq görüldü.

Qeyd edək ki Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2014-cü ildə qısa bir zamanda IFRS (BMHS) tətbiqini uğurla həyata keçirmişdir.

Bu nominasiya üzrə mükafatlar həmçinin Belarusiya Milli Bankına, “Rusiya Dəmir Yolları” ASC və “Kazakhtelekom” SC şirkətlərinə təqdim olundu.

2014-cü il nəticələrinə görə Azərbaycan nümayəndələrinə də fəxri mükafatlar verildi:

The Best Financial Manager of the Year 2014

Maarif Nəcəfov (SOCAR)

Mərdan Əlizadə (SOCAR)

İsrail Əfəndiyev (SOCAR)

The Award for Contribution to Effective Control System of the Year 2014

Emin Xıdırov (AZƏRSU)

The Best Internal Auditor of the Year 2014

İlqar Jəfərov (AZƏRSU)

The Best Accountant of the Year 2013

Oktay Məmmədov (SOCAR)

Elşad Abdullayev (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi)

Ehtibar Qarayev (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi)

The Best Student of the Year 2014

Orxan Məmmədov (AZƏRSU)

Samir Süleymanov (AZƏRSU)

Mükafat alan bütün nümayəndələrimizi bir daha ürəkdən təbrik edirik!

Vətənimizlə qurur duyur, sizlərlə fəxr edirik!!!

20 noyabr 2014
20 noyabr 2014
20 noyabr 2014