Xəbərlər

28 iyun 2014

APFM tədris mərkəzi -IBS beynəlxalq tədris mərkəzində “İnsan Resurslarının İdarə Olunması” HR management- proqramı üzrə ilk dəfə beynəlxalq kvalifikasiya üzrə imtahan keçirildi.

Qeyd edək ki, IBS Böyük Britaniyanın Kommersiya Menecmenti İnstitutunun (Institute of Commecial Management- ICM) Azərbaycanda eksklyuziv partnyoru kimi fəaliyyət göstərir və menecmentin müxtəlif səviyyələri üzrə kompleks proqramlar təqdim edir.

ICM 1979-cu ildə yaradılmışdır – 130 ölkənin tələbə və dinləyicilərini cəmləşdirən beynəlxalq sertifikasiya mərkəzidir. ICM-in kvalifikasiyaları bir çox ölkələrin təhsil nazirlikləri və dövlət qurumları tərəfindən tanınır, Ofqual akkreditasiyasına malikdir, Sertifikat və Diplomlar beynəlxalq statusa malikdir. ICM təlim proqramları Böyük Britaniyanın Milli kvalifikasiyalar çərçivəsinə daxil olmuşdur (The National Qualifications Framework)

“HR management” kursu dinləyicilər tərəfindən böyük maraqlandı.

Bu proqramda kadrların idarə edilməsində təşkilatı resursların, əmək prosesinin düzgün planlaşdırılmasının əhəmiyyəti, kommunikasiya aspektləri, düzgün idarəetmə metodlarının tətbiqi və təkmilləşdirilməsi, peşə təhsili və təlimlərin vacibliyi, əmək münasibətlərinin qurulması və inkişafı və sair maraqlı mövzular əhatə olunur.

IBS tədris mərkəzinə belə təlimlərin keçirilməsinin davamlı olamasını arzu edirik.
28 iyun 2014