Xəbərlər
23 fevral 2018-ci il tarixində APFM-də diplomların təqdimatı mərasimi keçirildi.

Infosystem LINK tədris mərkəzində növbəti təlimlər uğurla başa çatmış və bir qrup tələbə IAB beynəlxalq mühasibat uçotu “Level 2”, “Level 3”, “Level 4”, “DİP İFR AZ” və HR menecment üzrə kursları müvəffəqiyyətlə başa vurmuş və imtahanlarda yüksək nəticələr göstərərək diplomlarla təltif olunmuşlar.

APFM rəhbərliyi və proqramın təlimçiləri məzunları təbrik etdilər. Onlar bir daha qeyd etdilər ki, yüksək ixtisaslı mütəxəssislərin hazırlığı böyük əhəmiyyət kəsb edir, tədris olunan proqramlar işgüzar insanların əldə etdikləri biliklərinin təcrübi tətbiqinə kömək edir.

Qeyd edək ki tədris mərkəzi 2005-ci ildən etibarən beynəlxalq standartlara cavab verən ixtisaslı kadrların hazırlığı prosesində fəal iştirak edir, öndə gedən tanınmış beynəlxalq tədris mərkəzi kimi bir çox mütəxəssisin beynəxalq proqramlar üzrə sertifikatlaşmasında öz töhvəsini vermişdir.

Diplomlara layiq görülmüş bütün tələbələrimizi təbrik edirik!

23 fevral 2018
23 fevral 2018
23 fevral 2018
23 fevral 2018