Xəbərlər

04 Sentyabr 2018

04 Sentyabr 2018
04 sentyabr 2018 tarixində APFM-in “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Qanunvericilik” Komitəsinin növbəti iclası keçirildi. İclasda komitə üzvləri-ekspert qrupu iştirak etdi. Bu dəfəki iclasda “Mühasibat ucotu haqqında” Qanunda olan son dəyişikliklər və bu istiqamətdə APFM tərəfindən aparılacaq növbəti işlər planı müzakirə olundu, 08 sentyabr 2018 tarixində keçiriləcək Açıq Qapı tədbirinə hazırlıq məsələlərinə baxıldı.

Ümumilikdə nəzərinizə çatdırırıq ki, Komitənin fəaliyyəti mühasibat uçotunun nəzəri və praktiki məsələlərinə, və həmçinin maliyyə hesabatlarının beynəlxalq standartlar üzrə tərtibatına dair APFM və onun üzvlərinə aid mövqelərin formalaşmasına, mühasiblərin və iqtisadi fəaliyyət subyektlərinin maraqlarının qorunmasına, üzvlərə peşəkar fəaliyyətləri çərçivəsində metodoloji və konsultativ yardımın göstərilməsinə yönəlmişdir.

Həmçinin qeyd edək ki, bu komitə ile yanaşı Assosiasiyanın tərkibində Peşəkar təhsil üzrə də komitə fəaliyyət göstərir.