Xəbərlər

yanvar 2018

APFM “Mühasib peşəsinin inkişafına verdiyi töhfəsinə görə” Beynəlxalq LUCA mükafatına layiq görüldü!!! Bütün APFM ailəsini bü yüksək mükafatla təbrik edirik, böyük sevinc və qürur hissi duyur, bütün APFM üzvləri ilə fəxr edirik!!!

Mükafat 07 dekabr 2017-ci il tarixində Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun rəhbəri cənab Garry Carter tərəfindən “8th LUCA AWARD 2017” Təntənəli Təqdimat Mərasimində təqdim olundu. Ənənəvi olaraq ICFM tərəfindən hər il dekabr ayında keçirilən bu tədbirdə dünyanın bir çox ölkələrinin qabaqcıl mühasib və maliyyə institutlarının, iri şirkətlərinin nümayəndələri, maliyyə, audit, mühasibatlıq sahəsində çalışaq peşəkar mütəxəssislər və diplomatik nümayəndələr iştirak edir. Qeyd edək ki, Zati-aliləri Şahzadə Maykl Kentski bu institutun patronudu.

Müasir mühasibat uçotunun banisi Luka Paçolinin şərəfinə adlandırılan LUCA beynəlxalq nominasiyaları üzrə mükafatlandırma maliyyə, audit, mühasibatlıq, daxili nəzarət sahəsindəki mütəxəssislərin yüksək peşəkarlıq və şəxsi keyfiyyətlərini təsdiq edir.

APFM xətti ilə bu dəfəki nümayəndə heyəti tərkibinə SOCAR, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC və digər şirkətlərin, dövlət qurumlarının nümayəndələri daxil idi. 2017-ci il nəticələrinə görə həmçinin APFM üzvləri də təltif olundu.

Xatırladaq ki APFM 2005-ci ildə təsis olunmuş, on ildən çox müddətdə özünü təsdiq edə bilmiş, yeni istiqamətdə,yeni layihələrdə,yeni axtarışlarda gərəkli,dəyərli, praktik və lazımlı olduğunu göstərmişdi. Beynəlxalq səviyyədə qazandığı yüksək mükafatlar bunu bir daha sübut edir.

2013-cü ildən etibarən isə Assosiasiya ilk dəfə olaraq beynəlxalq üzvlük sistemini tətbiq etmişdir, “FİNANSİST” jurnalının təsisçisidi. Hazırda Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) üzvüdü.APFM –in Respublika iqtisadiyyatının uğurlu inkişafı üçün bundan sonra da yüksək tələblərə cavab verəcək fəaliyyətinə əminliklə inanırıq, bu inamla aydın sabahlara addımlayırıq!

Təltif olunma mərasimindən fotoşəkilləri sizlərlə paylaşırıq.

The Award for contribution to the Financial Manager profession of the Year 2017

Vüqar Şərifov (SOCAR)

The Award for Contribution to Effective Control System of the Year 2017

Mərdan Əlizadə (SOCAR)

Best Financial Manager 2017

Oktay Məmmədov (SOCAR)

Best Accountant 2017

Pərviz Babazadə (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC)

Mükafat alan bütün nümayəndələrimizi bir daha ürəkdən təbrik edirik! Vətənimizlə qurur duyur, sizlərlə fəxr edirik!

yanvar 2018
yanvar 2018
yanvar 2018
yanvar 2018
yanvar 2018
yanvar 2018
yanvar 2018
yanvar 2018